"İllər ötüb keçir, arzularım da ürəyimdə qalır".
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva arzusunda olduğu rolları oynaya bilməməsindən danışarkən deyib.
Aktrisa bildirib ki, ürəyindən keçən obrazları oynamağa bəzən mane olurlar:
"Həyatını bu sənətə həsr edirsən, tamaşaçılar tərəfindən sevilirsən. Tamaşaçılar da məndən hər zaman yeni-yeni obrazlar gözləyir. Aktyor isə asılı və kollektiv sənətdir. Tək başına rol canlandıra bilməzsən. Gənclik illərində arzu etdiyim rollar var idi. Arzu oynaya bilmədim. Ondan sonra orta yaş dövrü gəlir. Həmin yaş dğvrünün də öz rolları var. İndi də onları oynamaq istəyirəm".
Aktrisa qeyd edib ki, tanınan aktrisaların bəzilərinə illərlə rol verilməyib:
"Aktyor hər zaman üzərində işləməlidir. Aktyora rol verilməməyin bəzi səbəbləri var. Bəzi adamlar var ki, aktyoru unutdurmaq istəyirlər. Bunu ən çox istedadlı aktyorlara qarşı edirlər. Bunun gənclik illərindən görə-görə gəlirəm".
Azra