Uşaqlar üçün niyə kino çəkilmir?

MƏDƏNİYYƏT
20:23 / 17.01.2024
741

Uşaqların tərbiyəsində, dünyagörüşünün, vətənpərvərlik hisslərinin  formalaşmasında, o cümlədən də milli ruhda böyüməsində uşaq filmlərinin xüsusi yeri var.

Çox təəssüflər olsun ki, indiki uşaqlar bu filmlərdən məhrum edilib. Çünki uzun illərdir Azərbaycanda uşaq filmləri çəkilmir. 

Bizim uşaqlar başqa ölkələrin çəkdiyi filmlərin təsiri altında böyüyür, bu isə bizə ciddi ideoloji problemlər yaradır. 

Sənətşünas Gülnar Süleymanova Hit.az-a bildirib ki, uşaq mövzusuna xüsusi həssaslıqla yanaşılmalıdır:

"Vaxtilə bizim uşaq filmləri çəkən çox gözəl rejissorlarımız olub. “Bir qalanın sirri”, “Asif, Vasif, Ağasif”, başqa  gözəl filmlər yaranıb.
Bəlkə də bu gün uşaq filmləri çəkəcək rejissor var. Amma uşaq filmlərinin çəkilməsi üçün güclü maliyyə vəsaiti lazımdır. Uşaq kinosuna çox soyuq yanaşılır. Unudurlar ki, uşaqların formalaşmasında uşaq filmləri, cizgi filmləri çox vacibdir. Uşaq filmlərə, cizgi filmlərinə baxa-baxa böyüyür. Onlar unudurlar ki, insanların bədii estetik zövqünün formalaşması prosesi uşaq yaşlarından başlayır. Təəssüf ki, bu unudulub”.

Sevinc

0