Əməkdar artist doğum günü hədiyyəsi olaraq nə istəyir?

MƏDƏNİYYƏT
12:39 / 19.01.2024
678

"Mənim üçün ən  böyük hədiyyə rejissor olaraq quruluş verdiyim tamaşanın böyük səhnədə premyerası və onun repertuarda daimi oynanılmasıdı".

Bunu Hit.az-a açıqlamasında Gənc Tamaçaşılar Teatrının aktyoru, Əməkdar artisti Nofəl Vəliyev ad günü arzularından danışarkən deyib. 

Aktyor doğum gününü səhnədə keçirəcəyini deyib:

"Mənim üçün ad günü hədiyyəsi xoş xəbərlərdir. Aktyora və rejissora ad günü hədiyyəsi yalnız yeni rol və ya quruluş verəcəyi yeni tamaşa ola bilər. Əsas budur. Və çox şükür ki, bunlara da nail oluram. Dövlətimiz mənə yaşıma görə demək olar ki, hər şey verib, fəxri ad, mükafat və s. Teatr rəhbərliyimiz keçən il 50 yaşım olanda çox böyük yubiley tamaşası təşkil etdi. Teatrın rəhbərliyi mənim 50 illik yubileyimi çox geniş qeyd etmişdi".

Nofəl Vəliyev Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadəyə təşəkkür edib.

Azra 

0