Xalq artisti Mənsum İbrahimovun pərəstişkarları ilə görüşü olacaq.
Bu barədə Hit.az-a sənətçi özü məlumat verib. Xanəndə bildirib ki, bu onun yeni bir layihəsidir:
"Muğamı sevən insanlar var, onların görüşünə getmək hər birimizin borcudur. Bu səbəbdən belə bir layihə rellaşdıracam. Görüş Səttar Bəhlulzadə adına Suraxanı Mədəniyyət Mərkəzində baş tutacaq. Görüş saat 14:00-da olacaq, kim istəyir gələ bilər”.
Mənsum İbrahimov qeyd edir ki, konsertin təşkilatçısı Bakı Baş Mədəniyyət İdarəsidir.
Azra