Fevralın 4-də repertura salınan “Leyli və Məcnun” operasının bütün biletləri satılıb.
Sosial şəbəkə üzərindən sözügedən tamaşanı beletlərinin satılmasının səbəbini Xalq artistləri Mənsum Məmmədov (Məcnun) və Nəzakət Teymurovanın (Leyli) tamaşada oynaması ilə izah edilib.
Xalq artisti Nəzakət Teymurova Hit.az-a açıqlamasında “Leyli” rolundan 7 ildir uzaq düşdüyünü bildirib:
“Əvvəllər bu obrazda çox oynamışam. Neçə ildir ki, Mənsum İbrahimov bu rolda həmkarlarım ilə oynayırdı. Dedim bir az da cavanlar oynasın. Mənsum İbrahimovla oynadığımız bütün tamaşalar belə anşlaqla keçib. Təklif elədilər ki, bu rolda xeyli vaxtdır oynamırsan, tamaşaçılar sizi yenidən “Leyli” görmək istəyir. Mən də təklifi qəbul etdim”.
Xanandə bütün tamaşaçılarına təşəkkür edib.
Azra