Elm və təhsil nazirinin mükafat verdiyi Xalq artistindən açıqlama

12:44 / 02.02.2024
470

“Hər bir mükafat mənim üzərimə bir az da məsuliyyət qoyur”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova Elm və Təhsil Nazirliyi tərəfindən layiq görüldüyü “Qabaqcıl təhsil işçisi” mükafatından danışarkən deyib. 

Müğənni belə bir mükafata layiq görüldüyünə görə, özünü çox xoşbəxt hiss etdiyini bildirib:

“Təhsil sistemində əməyin, çəkilən əziyyətin qiymətləndirilməsi hər sənətkara nəsib olmur. Özü də elm və təhsil naziri tərəfindən. Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə əlaqədar rektor Ceyran Mahmudovanın təqdimatı əsasında belə bir mükafata layiq görüldük. Bu mənim təhsildə olan əməyimə, zəhmətimə verilən qiymətdir. “Qabaqcıl təhsil işçisi” ordeni bundan sonra məni daha da tələbkar və məsuliyyətli edəcək”.

Azra 

0