Ağır xəstə olan Selin Dion uzun müddət sonra ictimaiyyət qarşısına çıxdı

MƏDƏNİYYƏT
17:07 / 05.02.2024
589

Əzələ sərtliyi sindromundan əziyyət çəkən müğənni Selin Dion uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

HİT.az xəbər verir ki, məşhur müğənni "Qremmi" musiqi mükafatlarının təqdimetmə mərasimində qonaq olub. 

Tədbirin qonaqlarının alqışları altında 55 yaşlı Selin Dion oğlu Rene-Şarlz Anjelilin müşayiəti ilə səhnəyə çıxıb. Sənətçi mükafatı ilin albomu nominasiyasında qalib gələn müğənni Teylor Sviftə təqdim edib. Selin Dion ağ dekolteli paltar, qəhvəyi palto, brilyant boyunbağı, bilərzik və sırğa taxıb. 

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan mərkəzi sinir sisteminə təsir edən nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib. 

Keçən dekabr ayında Selin Dionun bədəninə nəzarəti itirdiyinə dair məlumatlar ortaya çıxıb. Daha sonra sənətçi "Instagram"da pərəstişkarlarına müraciət edib. O, sərt əzələ sindromu haqqında sənədli film çəkmək istədiyini bildirib.

Samir

0