"Teatrsız qala bilmərəm, məni yaşadan səhnədir".
Bunu Hit.az-a açıqlamasında Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib. O, hazırda fəaliyyətini Bakı Bələdiyyə Teatrında davam etdirdiyini bildirib:
"Tamaşlar hazırlayıram. Hazırda yeni bir əsərə müraciət etmişəm, Elçinin “Şekspr” əsərinə quruluş verirəm. Məşqlər başlayıb, güman edirəm ki, tamaşa Novruz bayramına kimi tamaşaçıların ixtiyarında olacaq".
Mərahim Fərzəlibəyov Xalq artisti, mərhum aktrisa Amaliya Pənahovanın yerinin göründüyünü qeyd edib:
"Heyif ki, aramızdan tez getdi, böyük planları vardı".
Azra