Bədii qiraət ustası Xəzər Süleymanlı şəxsi həyatı barədə danışmağı sevmədiyini ildirib.
“Hamı eyni düşüncənin sahibi deyil. Şəxsi həyat barədə nəsə sual olanda sosial şəbəkədə hərə bir şey yazır.
"Bunu istəmirəm”,- deyə o Hit.az-a bildirib.
8 mart öncəsi qadınlara hədiyyə olaraq böyük konsert proqramı ilə çıxış edəcəyini deyən Xəzər Süleymanı bildirib ki, biletlər 15 gün öncədən satılıb qurtarıb:
“Biletlər bitib, amma gəlmək istəyənlər çoxdur. Konserti 2 gün etmədiyim üçün təəssüflənirəm. Amma artıq gecdir”,- deyən bədii qiraətçi bildirib ki, sarayın akustikası yaxşı olduğu üçün başqa yerdə konsert təşkil etmək istəmir.
O konsert öncəsi səhhətinə çox diqqət etdiyini və yeni konserti üçün 30 yeni şeir təqdim edəcəyini də bildirib.
Murad