"İndi sosial şəbəkəsiz mümkün deyil. Teatrdan, kinodadan daha çox yadda qalırsan. Çünki bütün millət burdadır - kasıbı, dövlətlisi, ortababı".
Bunu Hit.az-a Xalq artisti Kazım Abdullayev deyib. Aktyor boş vaxtlarında televizora baxdığını bildirib:
"Mən o qədərdə həvəskarı deyiləm. Şəbəkədə isə ancaq xəbərlərə baxıram, ad günlərini təbrik edirəm".
Aktyor yeni layihələrindən də söz açıb:
"Teatrda hələ sakitlikdir. Çəkilişlərim var. Onlar da bu yaxınlarda bitmək üzrədir. Hindistanlılar burda bir film çəkirlər. Həmin filmdə çəkilirəm. Birdə AzTV-də "Əslində biz" layihəsində məşğulam. Seriallara bir az fasilə vermişəm".
Azra