Bəstəkar Cavanşir Quliyevin son durumu AÇIQLANDI

MƏDƏNİYYƏT
18:28 / 17.02.2024
462

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.

Bu barədə “Report”un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.

O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu xəstəxanada intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirilib.

Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.
Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, əvvəl bir xəstəxanaya, daha sonra isə digərinə nəql edilib.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

0