"Firuzənin gözəlliyi başıma bəla olmuşdu"

MƏDƏNİYYƏT
20:10 / 21.02.2024
501

Əməkdar artist, müğənni Firuzə İbadovanın 70 yaşı tamam olub.

Ömrünü musiqiyə həsr eləmiş bu gözəl xanım yenə də əvvəlki ilhamla səhnədədir.

"Nazir Adil Kərimli sağ olsun yad etdi,məktub və gül buketi göndərdi.Dostlarım toplaşıb, yubiley ziyafətimi şənləndirdilər.Mən asan ömür yaşamamışm.Amma düşünürəm ki,illərim boşa getməyib.Xalqın sevgisini qazanmışam,bu mənim üçün xoşbəxtlikdir.Əvvəlki ilhamla yenə tamaşaçıların qarşısına çıxmaq, yaşamaq,yaratmaq istəyirəm"- deyə o Hit.az-a bildirib.

Firuzə xanım səhnəyə ilk addımını "Lalə" qızlar ansamblı ilə atıb.Ansamblın rəhbəri ,Xalq artisti Ceyran Haşımova da Firuzə İbadova haqqında ürək sözlərini Hit.az-la bölüşüb:

"O ansamblın ən gözəl solisti idi.Səhnədə göz qamaşdırırdı.Hara qastrola gedirdik, gənc oğlanlar qaldığımız mehmanxananın həyətinə gəlib, onu bir dəfə uzaqdan görmək istəyirdilər.Gözəlliyi başıma bəla olmuşdu.Məni çox incidib. Onu qorumaq üçün çox əziyyət çəkirdim.Firuzə yaşına baxmayaraq, o gözəlliyi qoruyub saxlayıb,səsi də yerindədir.Ona can sağlığı arzu edirəm 80,90 illik yubileyini də qeyd eləsin,sevənləri də daim ətrafında olsun".

Murad

0