"Nəhayyət ki, arzum reallaşır".
Bunu Hit.az-a Xalq artisti, bəstəkar Faiq Sücəddinov deyib. Bəstəkar operalardan ibarət qala konsertinin keçiriləcəyini bildirib:
"Konsertin adı "Zəfər"dir. Əsərlərin hamısı işğaldan azad olunan rayonlara, qələbəmizə həsr olunub. Çalışacam ki, gözəl bir gecə olsun. Çox sevincliyəm, Allah mənə bunu nəsib etdi. Hesabat konsertimdir. Konsert martın 27-də Heydər Əliyev Sarayında baş tutacaq. Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov və digər başqalarının ifaları səslənəcək. Onları simfonik orkestr müşayət edəcək".
Faiq Sücəddinov yay aylarında “Yaşıl” Teatrda daha bir möhtəşəm konsert layihəsi təqdim edəcəyini qeyd edib.
Azra