"Yaşlı sənətkarlar ancaq arxiv üçündür" - Qalmaqallı açıqlama

MƏDƏNİYYƏT
16:00 / 28.02.2024
649

"Efir cavanlığı sevir, yaşlı sənətkarlar ancaq arxiv üçündür".

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Şəfiqə Eyvazovanın həyat yoldaşı, Əməkdar incəsənət xadimi, musiqiçi Arif Əsədullayev deyib. 

O, bu gün yaşlı sənət adamlarının efirə çıxmamasının səbəblərini belə izah edib:

"Yaşlı sənət adamlarını efirlərə ancaq dünyasını dəyişən sənətkarlara həsr olunan verilişlərə dəvət edirlər, ya da kiminsə yubileyidə. Şəfiqə xanıma, elə mənə də dəvətlər gəlir, amma çox vaxt qəbul etmirik. Deyirik ki, cavanları dəvət etsinlər. Ab-hava da dəyişib. Onsuz da bizlər indiki cavanlarla ayaqlaşa bilmərik. Odur ki, öncə özümüz özümüzə hörmət etməliyik".

Arif Əsədullayev Şəfiqə Eyvazovanın yaradıcılığından da söz açıb:

"Yeni mahnılar üzərində işləyir. Gələcəkdə hesabat konserti də nəzərdə tutulub".

Azra 

0