"O həmişə bizim üçümüzün xəbər oxumağımızı istəyirdi" - Tanınmış diktor

MƏDƏNİYYƏT
18:00 / 04.03.2024
606

Tamilla Ələkbərova AzTV-də işlədiyi illərə dair xatirəsini bölüşüb. Diktor hələ də, köhnə kollektiv əməkdaşları ilə görüşdüyünü , hərdən bir süfrə arxasında toplaşdıqlarını  deyib. 

Hit.az-ın xəbərinə görə, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən diktor onu həddən çox sevdiyini, ondan hər zaman  böyük diqqət və qayğı gördüyünü söyləyib.

“Heydər Əliyev mənim, Ofeliya Sənani və Roza Tağıyevanın xəbər oxumasını sevirdi. O vaxtlar Azərbaycanda yox, Moskvada işləyirdi. Məzuniyyətini isə yayda, Azərbaycanda keçirirdi. Tapşırmışdı ki, o məzuniyyətdə olduğu müddətdə  xəbərlər proqramını bizim üçümüz oxuyaq. O hər dəfə yayda Bakıya gələndə xəbərləri biz üçümüz təqdim edirdik, ona görə, məzuniyyətdə olsaq belə efirə çıxırdıq. Bunu sevərək edirdik”,- deyə diktor bildirib.

Murad

0