“Azərbaycanda aktyor olmaq asan iş deyil. Vaxt olub ki, avtobusa minməyə, çörək almağa pulum olmayıb.Amma dözmüşəm, peşman da deyiləm. Bu gün xalq artistiyəm, təmtəraqlı yaşamıram. 50 ildir işləyirəm, kənara 50 manat atmamışam, imkanım yoxdur”.
Bu fikirləri Hit.az-a Xalq artisti Kazım Abdullayev səsləndirib.
“Bir vaxtlar xanımım xəstə idi. 10 il yataq xəstəsi olub. Asan iş deyildi. Ona baxmaq dərmanlarını almaq üçün özümü oda-közə vururdum, Allah yetirirdi. Xaricdə mənim kimi aktyorlar milyonlar qazanırlar, bizdə dəyər verilmir. Türkiyəyə, İrana dəvət alırdım, amma ora vətən deyil axı”,- deyə aktyor bildirib.
Murad