Əməkdar artist: "İlhamə əslində heç də göründüyü kimi deyildi"

MƏDƏNİYYƏT
13:16 / 29.04.2024
586

"Bu gün mərhum Xalq artisti İlhamə Quliyeva haqqında hərə bir söz deyir. Onun sağlığında danışa bilməyənlər indi ardınca asıb kəsirlər. Əslində İlhamə çox güclü sənətkar və yaxşı insan idi".

Bu fikirləri Hit.az-a Əməkdar artist Qorxmaz Abdullayev səsləndirib.

"Öz dəyərini, qiymətini bilən insan idi. İlhamə yaxşı bilirdi , kiminlə necə danışır. Onunla dəfələrlə yol yoldaşı olmuşam, eyni səhnəni bölüşmüşəm. Hədsiz dərəcədə məsuliyyətli idi. Hə səhnəyə çıxan zaman bəzi kaprizləri var idi. Bir dəfə səhnəyə ən sonda çıxmaq üstündə kövrəlib ağladığı yadıma gəlir. Amma sənətkarların hərəsinin bir cür kaprizi olur da. Bu da onun rəngarəngliyi idi", deyə Əməkdar artist bildirib.
deyə o qeyd edib.

Murad

0