Yəqin küçələrdə öz kitablarını satmağa məcbur olan yazıçılarımızı görmüsünüz.
Kitablara həvəsin azaldığı bir zamanda yazıçı olmaq maddi mənada asandırmı?
Bu suala ən doğru cavabı yazıçılar verər.
Hit.az-a açıqlama verən yazıçı Azər Qismət hesab edir ki, indiki dövrdə ciddi əsərlər yazan yazıçılara kitab nəşr etdirmək sərfəli deyil.
“Adamlar sosial şəbəkələrdəki ciddi statusları belə oxumurlar, nəinki ciddi əsərləri. İndi daha çox əyləncəyə üstünlük verirlər. İndi ciddi və çox səhifəli kitablar oxumağa səbir qalmayıb.
Kitab yalnız bəzi yazıçılara sərfəlidir. Kiminsə yaxın adamı nəşriyyat sahibidirsə, ona kitab dərci sərfəlidir. 200 tirajlıq kitab nəşr etdirirsən. Nəşriyyatla danışırsan ki, təqdimata gələnlərdən nə pul yığılsa, pulunuzu verəcəksən. Kitab mağazaları deyir ki, kitabınızı 40 faizlə satarıq. Yazıçı da məcburdur ki, kitabını bir az baha ki, bütün xərclərini qarşılasın. Yazıçı təqdimat gününü həyəcanla gözləməyə məcburdur ki, görəsən dəvət etdikləri gələcəkmi? Bu sanki kitaba toy eləməkdir. Gəlib kitablarını almasalar , sən qalırsan pis vəziyyətdə.
İntellektsiz sahibkarların bol olduğu cəmiyyətdə ancaq mənəviyyatsız verilişlərə sponsorluq edirlər. Kaş 4sahibkarların çoxu kitab oxuyan olsun ki, bu sahəyə də pul ayrılsın”,- deyə o bildirib.
Murad