Bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti, Şuşa dövlət Teatrının rəhbəri Yadigar Muradovdan xəbər var.
Xəstəliyi səbəbi ilə səs tellərində problem yaranmış Xalq artisti Hit.az-a çox göz önündə olmaq istəmədiyini bildirib.
“Şuşaya səfərə gedirik. Şuşanın özəl günlərində Şuşa teatrı orada olmalıdır. Şuşaya köçüb orada fəaliyyət göstərəcəyimiz günləri səbirsizliklə gözləyirik”,- deyə o bildirib.
“Öz səhhətimə gəlincə, şükür Allaha, yaxşıyam. Həkimlərim deyir üzü bəriyəm. Üzü o tərəfə deyiləm hələlik”-deyə o zarafatla bildirib.
Murad