Tanınmış tenor, Azərbaycanın estrada və opera müğənnisi İntiqam Kərimov maraqlı açıqlama verib.
"Yaxşı oxumaq üçün müğənniyə böyük səsdən çox, yaxşı texnika lazımdır. Müğənni var ki, balaca bir səsini elə işlədir, ürəkləri fəth edir. Əsas odur ki, etdiyin hər işə peşəkar yanaşasan, dərinliklərini öyrənəsən. O zaman səs də sevilir sənət də", deyə o bildirib.
İntiqam Kərimov uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Yüzlərlə tələbəyə sənətin sirlərini öyrədib. Eyni zamanda bir çox tanınmış müğənnilər ondan vokal dərsi alırlar.
Son zamanlar ulduzu parlayan Vəfa Şərifova da ondan dərs alıb. İntiqam Kərimov bu faktı Hit.az-a təsdiqləyib:
"Zamanında məndən dərs alıb. Onun balaca, amma təmiz səsi var. Vəfa zəhmətsevərdir və bu gün əməyinin bəhrəsini görür.
Murad