Bəsti Cəfərova ona edilmiş ən maraqlı ad günü təbrikindən danışıb, kövrəldi

MƏDƏNİYYƏT
17:00 / 16.05.2024
625

“Gələn ay ad günümdür. Ad günlərimdə çox gözəl hədiyyələr almışam. Amma bir hədiyyəni heç vaxt unutmayacam. O əziz dostum. Mərhum aktyor Ramiz Novruzun mənə etdiyi jest idi”.

Bu fikirləri Hit.az-a Xalq artisti Bəsti Cəfərova səsləndirib:

"Xəstəliyinin şiddətləndiyi zamanlardan biri idi. Birlikdə tamaşa oynadıq. Özü ağrı içində qıvrılsa da üzə vurmadı, rolunu ustalıqla ifa elədi. Tamaşa başa çatdı. Baş əydik, alqışlar sələndi, əlini qaldırıb, alqışların sakitləşməsini istədi. Üzünü zala tutdu, dedi ki, sabah Bəsti Cəfərzadənin ad günüdür, gəlin onu alqışlayaq. Hər kəs məni alqışladı. O xəstə olsa da, məni unutmadı, ad günümü tamaşaçı alqışları ilə rəngləndirdi. Bu xatirəni ömrüm boyu unutmayacam. O anları indi kövrələrək, xatırlayıram".

Murad

0