Gənc Tamaşaçılar Teatrına Milli statusu verilib.
Bəs bu status teatrın həyatında nəyi dəyişəcək?
Teatrın mətbuat katibi Samirə Əşrəfqızı Hit.az-ın sualını cavablandıraraq, bildirib ki, bu status aldıqdan sonra teatra dövlət tərəfindən ayrılan maliyyə və əməkdaşların maaşları daha yüksək olacaq:
"Bundan sonrakı daha yüksək və ən sonuncu status isə Akademik statusudur"- deyə o bildirib.
"Başqa sözlə izah eləsək, necə ki, aktyorlar Əməkdar artist, Xalq artisti fəxri adlarını alırlar, teatrlar da bu qayda ilə status alırlar"
Murad