"Mən çox istəyərdim ölkədə kino sənayesi inkişaf eləsin. Aktyorlarımız davamlı filmlərə çəkilsinlər, rejissorlar isə davamlı olaraq filmlər çəksinlər. Yaradıcılıq prosesində səhvlər, qüsurlar ola bilər. Amma insan təcrübə edə-edə püxtələşir".
Bu fikirləri Hit.az aktyor Vüsal Murtuzəliyev səsləndirib.
O bu sənətə gələrkən böyük bacısı, Əməkdar artist Dilarə Əliyevanın peşəkarlığından ilhamlandığını da qeyd edib:
"Ailədə bir nəfər hansısa qeyri adi işlə məşğul olanda əlbəttə onun işinə maraq olur. Dilarə çox qoçaq, çox zəhmətkeş insandır. Həm öz proqramını hazırlayır, təqdim edir, Soy şirkətinə rəhbərlik edir, filmlərə çəkilir. Onun etdiklərinə hər kəsin gücü çatmaz. Bir neçə dəfə filmlərdə birlikdə rol almışıq.Onunla birlikdə filmdə oynamaq , həm rahat, həm də məsuliyyətdir".
Murad