"Atamın arzusu yerinə yetdi" - Cavidan Novruz

MƏDƏNİYYƏT
14:43 / 21.05.2024
721

"Moskvada Türkiyə və Rusiyanın birgə istehsalı olan bədii filmdə baş rollardan birinə dəvət almışam. Qatil roludur və çox ürəyimcə olan bir obrazdır. Xarici ölkə kimorejissorlarının diqqətini çəkməyim məni sevindirir".

Bu fikirləri Hit.az a aktyor Cavidan Novruz səsləndirib.

O bildirib ki, bu rolla atası, mərhum aktyor Ramiz Novruzun ən böyük arzusunu yerinə yetirdiyini düşünür:

"Atam çox istəyirdi ki, mən xarici filmlərdə çəkilim, inkişaf edim.O bunu görsəydi çox xoşbəxt olardı, heyf ki, görmədi.Atamın arzusunu yerinə yetirmiş oldum".

O, tezliklə atasının hekayələrini toplayıb, bir kitab şəklində dərc etdirəcəyini də bildirib.

Murad

0