"Bu yaxınlarda Qırğızıstanda keçirilmiş rəqs müsabiqəsində kollektivimiz milli rəqslərimizlə birincilik qazanıb. Hamı rəqslərimizi heyranlıqla izləyirdi. Bütün dünya Azərbaycan xalqının rəqslərinin gözəlliyindən danışır. Amma biz özümüz öz milli irsimizə layiqincə sahib çıxmırıq".
Bu fikirləri Hit.az-a Xalq artisti Rüfət Xəlilzadə səsləndirib.
O bildirib ki, işi bilmiyən, tarixdən, rəqslərimizin yaranmasından məlumatsız insanlar özlərini xareoqraf adlandıraraq , milli rəqslərimizi xətalı şəkildə gənclərə öyrədirlər:
"Bu gün öyrədirlər, 30 il sonra böyüyən indiki uşaqlar da milli rəqslərimizi əzilə büzülə, əl ayaqlarını əyri qoya-qoya oynayacaqlar. Xalqın milli irsinə toxunmaq xidmət deyil, xəyanətdir. Buna yol vermək olmaz. Öyrədirsinizsə, milli rəqs havalarımızı öyrədin, təbliğ edin, biz də baxaq sevinək".
Murad