Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Telli Pənah qızı Əliyeva Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, şairə, publisist Telli Pənahqızının sabah 70 yaşı tamam olur.