"Rəşid Behbudov mənə ömürlük dərs verdi" - Xalq artisti

MƏDƏNİYYƏT
10:22 / 24.05.2024
1123

"Gənc vaxtlarım idi, dedilər Rəşid Behbudov müsahibə verəcək. Danışacağı çıxışı 5-10 cümlə ilə bir plakata yazıb əlimə verdilər. Mən kameraların arxasında , böyük müğənninin gözü önündə dayanıb, onun yazılanları oxumasına şərait yaratmalıydım. Amma o heç yazılanlara baxmırdı.Tez-tez əlimdəki plakatı aşağı salıb, onun üzünü görmək istəyirdim.Qarşımda o böyüklükdə sənətkar dayanmışdı, həyəcan keçirirdim.Bunu hiss etdi, dedi çəkilişdən sonra səninlə söhbət edərik".

Bu fikirləri Hit.az-a Xalq artisti Şamil Süleymanlı səsləndirib.

O, gənclik illərində Rəşid Behbudovla qarşılaşması barədə bir xatirəsini dilə gətirib:

"Müsahibə bitdi, məni yanına çağırdı.Dedim siz heç suflyora baxmırsınız, bəs nə üçün yazdırırsınız  o kağızları? Dedi ki, 50 ildə yığdığım hörməti  çaşaraq , 5 dəqiqədə itirə bilərəm . Hər dəfə səhnəyə,tamaşaçı qarşısın çıxanda ilk dəfə çıxırammış kimi məsuliyyət və həyəcanla çıxıram. Azərbaycan mahnısını 100 dəfə oxumuşam, əzbər bilirəm, amma sözlərini həmişə suflyora yazdırıb, gözümün önündə saxladıram ki, dursun orada. Nə ziyanı var?Sənətkarın məsuliyyəti və öz yolu olmalıdır. Onun bu sözü mənə ömürlük dərs oldu. Həmişə öz yolumla getdim, bu yolda saçımı,saqqalımı ağartdım".

Murad

0