Küçə musiqiçiləri - Tanımadıqları insanlara sevinc verən insanlar - FOTO/VİDEO

MƏDƏNİYYƏT
17:20 / 27.05.2024
1439

Rastlaşdığım gənc oğlanın adı Balakişiyev Nicatdır. Küçə musiqiçisidir. Hər gün Xalça Muzeyi yaxınlığındakı yeraltı piyada keçidində gitara çalaraq,  gəlib-gedənləri öz gözəl səsi ilə feyziyab edir. Həm də evinə çörəkpulu aparır.

Nicatın Hit.az-a dediyinə görə bayram günlərində qazancı 50-60 manata qədər yüksələ bilir.

Adi günlərdə isə 15-20 manat qazanır. Əslində Sumqayıtda yaşayır, orada ofisiant kimi ikinci işi də var. Lakin imkan düşdükcə Bakıda da bu yolla qazanc əldə edir.

Oxumağı və gitara çalmağı peşəkar səviyyədə olsa da heç bir musiqi təhsili almayıb, özü öyrənib. Lakin  şəlalə kimi çağlayan ifasını, barmaqlarının gitaraya toxunuşu ilə  ətrafa yayılan həzin melodiyaları dinləyəndə ona həvəskar musiqiçi demək olmur.

Nicat deyir ki, musiqi ürəkdən gəlməlidir. Ona görə də onun öz dinləyiciləri var:

"Bəlkə kimsə stress içindədir, dərdlidir, qayğısı var . Mənim musiqimlə 10 dəqiqəlik də olsa dərdini unudursa , yaxşı iş görürəm deməkdir. Küçə musiqiçilərinin də missiyası budur, tanımasıqları insanları sevindirmək".

Murad

0