"Çox kövrək olmuşam. Ötən günləri, sənət dostlarımı yada salanda dayana bilmirəm, gözlərim dolur. Yaşlanmışam, yəqin ondandır. Özüm sərbəst hərəkət edə bilmirəm, yerişim çətinləşib. Hərdən aktyor dostlardan kimsə zəng vuranda çox şad oluram".
Bu sözləri Hit.az-a Xalq artisti, qocaman aktrisa Lətifə Əliyeva səsləndirib.
" Sənət insanları, ömrü səhnədə keçən insanlar çox həssas olurlar. O günlərdə efirdə mənim də rol aldığım "Bəyin oğurlanması" filmini göstərirdilər. Komediya filminə göz yaşları içində baxdım. Mərhum sənət yoldaşlarımı, xüsusən Yaşar Nurini görüncə hönkür-hönkür ağladım. Allah gedənlərə rəhmət, qalanlara səbr versin", deyə Xalq artisti bildirib.
Murad