Tez-tez müğənnilər və bəstəkarlar arasıda hansısa mahnı üstündə qalmaqal yaşanır.
Müğənni deyir , pulunu verib almışamsa , mahnı mənimdir, bəstəkar deyir əsər mənim beyin məhsulumdur. Bir də hansı müğənni tərəfindənsə damğası vurulubsa tanıdılmış mahnıların üstündə, məhkəmə davaları düşür.
Nə zamansa müğəninin oxuduğu mahnıya övladları tərəfindən edilən iddialar var.
Məsələn, Yaqub Zurufçunun “Dəniz” mahnısı. Bəs incəsənətdə müəllif hüquqları necə qorunur?
Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, ədəbi əsərlər, elmi nəşrlər, romanlar, poemalar, pyeslər multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər, musiqi və xoreoqrafiya əsərləri, təsviri sənət əsərləri, heykəllər, memarlıq əsərləri , müəllif müraciət etdikdən sonra müəllif hüquqları ilə qorunur.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 25-ci maddəsinə əsasən, əsərin yaradılması ilə müəlliflik hüququ yaranır, müəllifin bütün həyatı boyu, eləcə də onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə həmin vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir.
Mahnının müəllifi əlbəttə bəstəkardır. Lakin o müğənni ilə müqavilə bağlayıb, onu müəyyən məbləğ müqabilində satıbsa, haqq sahibi müğənni olur", deyə hüquqşünas qeyd edib.
Murad