Teatrda nəyi görməliyik, amma görmürük

MƏDƏNİYYƏT
18:50 / 04.07.2024
773

Baboşların, Ləmanların az qala xalq artisti "elan" olunduğu dövrdə, xalqın artistləri gözə görünmək, üzdə qalmaq üçün çox cəhd göstərməli olurlar. 

Nə yazıq ki, bu gün Azərbaycan incəsənəti deyəndə yeni nəil yalnız toy müğənnilərinin adını sadalaya bilir. Uçurumun qabağında dayanmışıq, xəbərimiz yox.

Aktyorlarımızın, xüsusilə, kişi aktyorların  əksəriyyəti böyük sosial qayğılarla yaşayırlar.

Filmlərə dəvət almırlar, hər bir rejissor ancaq öz "adam"ını çəkir. Haqq səsini qaldıranda aylıq maaşa gözünü dikən aktyor və aktrisalarımıza qapı göstərilir.

Səhnəyə çıxanda sosial problemi qapı dalında qoymaq olmur, elə ürəkdəcə birlikdə səhnəyə çıxılır.

Teatrlara axın var, amma teatr da hər zaman ideal tamaşalar təqdim eləmir. Klassikaya üz tuturlar, amma bu həmişə uğurlu nəticə vermir.

Məsələn bu yaxınlarda “ Akademik Milli Dram Teatrında təqdim olunan "Lənkəran xanının vəziri" tamaşası uğursuz mizanlar, yenilik adı ilə əlavə edilmiş gərəksiz ,yersiz əlavələrlə yadımda qaldı. Madam ki, klassikaya toxunmaq olur, dilini sadələşdirin, uzun,yorucu monoloqları qısaldın. Olmaz deməyin, çünki aktyor səhnədə zamanəsinə uymayan xitablardan,ədatlardan istifadə edirdi. Ümumiyyətlə, insanların son texnologiyalala təchiz olunub, beyinlərin çox dəyişdiyi bir dövrdə bu əsərin təqdimatı hansı ehtiyacdan yaranmışdı, anlamadım. Müasirliyi andıran tək şey aktrisaların geyim altından geydikləri, protez yanbızlar idi. Buna   gərək var? Tənqiddirsə, tənqid deyildi, tərif idisə , tərif də deyildi.

Mədəniyyət inkişaf gətirməlidir,  hansısa aktyoru, rejissoru, müəllifi adına görə ilahlaşdırmaq mədəiyyətin adına yaraşmaz.

Murad

0