Tələbələrimlə çiyin-çiyinə olmaqdan qürur duyuram - Tanınmış aktyor

21:45 / 09.07.2024
593

Sosial şəbəkələrdə aktyor Rəşad Səfərovun öz tələbəsini qucaqlayıb, sevinməsi videosu yayılıb.

Görüntülərdə aktyor imtahandan 10 bal toplamış şagirdini sevinclə bağrına basır.

Hit.az-a açıqlama verən Rəşad Səfərov bildirib ki, hər il onlarla tələbəsini qabiliyyət imtahanlarına hazırlaşdırır:

“Hamısı uğurlu nəticələr əldə edirlər. Çox şükür, onundan doqquzu, çox zaman elə onu da uğurla imtahan verir. Bununla fəxr edirəm. Uğurlu tələbələrim var. Bu gün teatrda, kinoda keçmiş tələbələrimlə çiyin-çiyinə rollar oynamaq başqa bir sevincdir”,- deyə aktyor bildirib.

Murad

0