"Bəzən fasilə verirsən ki, özün özünü kənardan görəsən” - Müğənni

MƏDƏNİYYƏT
22:48 / 09.07.2024
633

Qocaman müğənni

Bir zamanlar oxuduğu mahnılarla çox sevilən, lakin yaradıcılığına 30 illik fasilə verən müğənni Azad Zamanov yenidən ekranlara qayıdıb.

Hit.az-a açıqlama verən sənətkar bildirib ki, bu illər ərzində görünməsə belə yaddaşlarda qalması onu həm sevindirir, həm kövrəldir:

“Yenidən qayıtdım. Bəzən fasilə verirsən ki, özün özünü kənardan görəsən. Mən uzun illər vəzifədə olmuşam, gömrük rəisi işləmişəm. İndi təqaüddəyəm. Şəhidlərimiz barədə silsilə mahnılar oxuyacam. Bununla öz borcumdan çıxmaq istəyirəm” -deyə o qeyd edib.

Murad

0