Beyin əməliyyatı keçirən məşhur aktyor Hit.az-a danışdı

14:57 / 11.07.2024
592

Tamaşaçıların “Gopçu Pirim” obrazı ilə sevdiyi aktyor Allahverdi Yolçuyevin beynində əməliyyat keçirilib. 

Əməliyyatdan sonra özünü yaxşı hiss edən aktyor Hit.az-a açqılama verib.

O bildirib ki,  “beyin piloi” əməliyyatıdan sonra özünü yaxşı hiss edir. Əllərində və boynunda olan titrəmələr artıq keçib:

“Uzun illər parkinson xəstəliyindən əziyyət çəkmişəm. Bu xəstəliyə görə səhnədən uzaq düşdüm, teatrda işləyə bilmədim. Maddi sıxıntılar yaşadım. Sağ olsunlar, tamaşaçıların, ölkə vətəndaşlarının dəstəyi ilə əməliyyata gidim və problem geridə qaldı. Ağır bir əməliyyat idi, əlbəttə qorxum da var idi. Lakin indi hər şey geridə qalıb və daha da yaxşı olacağıma əminəm”,- deyə aktyor bildirib.

Murad

0