Tamaşaya gəlir, amma 1 saat boyunca telefona baxır - Əməkdar artist

18:33 / 12.07.2024
755

“Kinonun, konsertin öz yeri var, teatrın öz yeri. Teatr canlı mesajdır. Ona görə də mədəniyyətin inkişafı üçün vacibdir, lazımlıdır. Hamı teatrı anlamır. Texnologiyaların yüksək inkişafı dövründə teatrın yaşaması böyük səylər hesabına başa gəlir. Adam var, teatra gəlir, 1 saat tamaşaya yox, telefona baxır”.

Bu fikirləri Hit.az-a Əməkdar artist Elman Rəfiyev deyib:

“Deyirlər bəzən  fəxri adlar nəyə lazımdır, aradan qaldırılsın. Amma lazımdır. Fəxri ad aktyorun sənətinə, işinə verilən qiymətdir. Bəzi insanlardan bir alqış ala bilirik, bir də hərdən çiçək. Fəxri ad vermək aktyora stimul vermək deməkdir, illərinin boşa keçmədiyini göstərmək deməkdir”,- deyə o bildirib .

Murad

0