Gedib, o torpaqları ziyarət edəndən sonra bütün problemlər kiçik göründü

MƏDƏNİYYƏT
16:30 / 15.07.2024
753

"Qarabağa hər ziyarətimdən göz yaşları içində dönürəm. O qədər böyük təəssürat alıram ki, bunu sözlə ifadə edə bilmirəm. Hər dəfə nə böyüklükdə ərazi itirdiyimizi gözümlə görəndə, əslində o ellərimiz barədə çox az şey bildiyimizi görürəm. İgid- igid oğullarımızın boş yerə can vermədiyini bütün varlığımla hiss edirəm ".

Bu fikirləri Hit.az-a Əməkdar artist Gülüstan Əliyeva səsləndirib:

"Bu qələbəmizdən sonra o qədər böyük duyğu seli yaşamışam. Mən şəhid ailəsiyəm.Gəncliyimizi,ötən illərimizin xoşbəxtliyini şəhid vermiş insanlarıq , biz də. Müharibədə hərəmiz bir itki verdik. Amma bu qələbə alnımızı ağ elədi. İndi bəzi keçmiş umu- küsülər, incikliklər, problem bildiyimiz şeylər mənə o qədər xırda görünür ki. Bir zamanlar üzüldüyüm, narahat olduğum çox şey artıq mənə cılız görünür"- deyə müğənni bildirib.

Murad

0