2 tamaşa, 2 rəy

MƏDƏNİYYƏT
21:17 / 15.07.2024
707

Bu yaxınlarda iki tamaşaya baxdım. Biri Akademik Mili Dram Teatrının səhnəsində ,"Lənkəran xanının vəziri", digəri isə Musiqili teatrın səhnəsində "Qadınım" tamaşası idi.

Birinci tamaşa haqqında  deyim ki, heç bir zövq ala bilmədiyim bir quruluş, dövrlə ayaqlaşmayan, tamaşaçıya mesaj ötürməyi bacarmayan bir səhnə işi. Yəni, oturub baxırsan və baxdıqca  da mənasız replikalara,mizanlara baxıb düşünürsən ki, mən buna niyə baxıram? Məlum film tamaşadan götürülmüş həmin replika keçir ağlımdan- Hə noolsun?


Məncə daha fərqli bir əsəri ortaya çıxara bilərdilər və yaxud bu klassik əsəri daha fərqli təqdim edib, tamaşaçıya maraqlı hala gətirə bilərdilər. Aktyor oyununa sözüm yoxdur, əllərindən gələn qədər oynamağa çalışırdılar. Amma bu nə yeni nəfəs idi,nə də yeni ruh. Təəssüf .


İkinci tamaşa isə tam əksinə. Bu əsər evli kişi ilə yasaq eşq yaşayan qadının faciəsi idi . 
Tamaşanın quruluşunu şedevr adlandırmaq olar. Rejissor əsərin mahiyyətini tam aça bilmək  üçün ssenaridə verilməmiş, amma tamaşaçının hiss etməli, görməli olduğu anları kinokadr kimi ekrana yansıdır. Yasaq eşq yaşayan kişinin öz ailəsi ilə yaşantıları səssiz kadr kimi arxa planda təqdim olunur.


Tamaşada baş rolların ifaçıları öz istedadları ilə heyran edirlər. Aktyor oyunundan əlavə də  gözəl canlı musiqi ifalarından da ayrı bir ləzzət aldım. Bu tamaşadan hər qadının, hər kişinin dərs alacağı nəsə mütləq var. Psixoloji dramdır və hər həyata mütləq toxunur. Rejissor işi, musiqi tərtibatı, baş rol oyunçuların işi yüksək səviyyədə idi.


Bir də  epizodik rolların ifaçılarını da qeyd etmək istərdim. Aldadılan evli qadının sükutu, əsaləti, xorda oxuyan aktyorların səs  və ifaları da möhtəşəm idi. Tamaşaçılara belə zövqlü tamaşa arzusu ilə ..

Murad

0