"Biz ölkədə rokun inkişafını hədəfləmişik. Əsas məqsədimiz bir çox müğənnilər kimi, toy bazarını ələ almaq, böyük pullar qazanmaq yox, peşəkar musiqi nümayiş etdirmək, "Döngə" qrupunun adını dünyada tanıtmaqdır".
Bu fikirləri Hit.az-a "Döngə" qrupunun solistləri Fərid Rzayev və Nərmin Behbudova səsləndiriblər.
Onlar bundan öncə üzv olduqları "Dərviş" qrupunda yaradıcılıq azadlığı əldə edə bilmədiklərini, hər növ musiqi ifa etdiklərini, lakin indi slrf roka kökləndiklərini söyləyiblər:
"Beynəlxalq festivallara getmək, adımızdan söz etdirmək istəyirik. Hazırda bütün qazancımızı qrupumuzun inkuşafına yönəltmişik. Maliyyə dəstəyimiz, sponsorumuz özümüzük", deyə onlar bildiriblər.
Murad