"Qədrim qiymətim bilinmədi, mükafat veriləndə yada düşmədim" - Tanınmış aktrisa

MƏDƏNİYYƏT
18:59 / 24.07.2024
638

“Qədrim qiymətim bilinmədi, heç vaxt mükafat veriləndə yada düşmədim. Halbuki, teatrda o qədər əməyim olub, ömrümün 32 ilini teatrın inkişafına xidmət etmişəm. Haqqıma çox giriblər”.

Bu fikirləri Hit.az-a aktrisa Gülçöhrə Abdullayeva səsləndirib:

"Xınayaxdı məclislərinə girirəm. Çox tanınmış aparıcılar, müğənnilər , şairələr mənim yazdığım şeirləri, bayatıları istifadə edib, pul qazanırlar, amma bir dəfə belə adımı çəkmirlər. Xına məclislərində “haxışda” deyib, elə ilk gündən tikanlı bayatılarla qayınana, gəlini bir- birinə qarşı qoyurlar. Mən bunları yox, öz dediyim bayatıları deyirəm, nifrət yox, sevgi aşılayıram. Bu arada o söz haxışta deyil, alqışlar, yaxud ay qızlar deyilməlidir. Kimsə nə  vaxtsa səhvən sözü belə tələffüz edib, hamı eyni xətanı təkrarlayır”,- deyə aktrisa bildirib.

Murad


 

0