"Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə Afaş Bəşirqızı daha çox layiqdir" - Tanınmış aktrisa

MƏDƏNİYYƏT
19:55 / 25.07.2024
538

"Məncə Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə Afaş Bəşirqızı daha çox layiqdir. Çünki aktyorların dərdini-sərini o daha cəsarətlə dilə gətirir".

Bu fikirləri Hit.az-a aktrisa Gülçöhrə Abdullayeva deyib.

"Onun təklifi sayəsində dövlət başçısının problemdən xəbəri oldu, dərhal göstəriş verdi, maaşları qaldırdılar. Bunu indiyə kimi kimsə dilə gətirmirdi. Hər maaş alanda Afaq xanıma Allahdan can sağlığı arzulayıram. Cox güclü aktrisa olmağı ilə yanaşı, çox böyük insan, güclü şəxsiyyətdir. Məncə ittifaqın başında o dayansa, daha gözəl işlər ortaya çıxardı", deyə aktrisa bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Xalq artisti Hacı İsmayılov sözügedən quruma sədr təyin edildi.

Murad
 

0