Azərbaycanəsilli yazıçı vəfat etdi

16:06 / 26.07.2024
576

Görkəmli türk tənqidçisi və tərcüməçi, yazıçı, şair Afşar Timuçin vəfat edib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Afşar Timuçin poeziya və roman tənqidi ilə yanaşı, böyük tərcüməçilik fəaliyyəti ilə də məşğul olub.

Müəllifi olduğu əsərlər isə türk ədəbiyyatı nümunələri sırasında özünəməxsusluğu ilə seçilib.

Əslən Azərbaycandan olan Afşar Timuçin 1939-cu ildə Manisada anadan olub.

0