“Məşədi İbadın günahı o idi ki, tamah göstərdi, özünə tay olmayan qızla evləndi. Taylı tayını tapmalıdır, sevən sevənə qismət olmalıdır. Ona görə Gülnaz Sərvərə ərə getməliydi. Gülnazı elə mən almalıydım”.
Bu fikirləri Hit. Az-a “O olmasın bu olsun” tamaşasında Sərvər rolunu ifa edən aktyor Şaban Cəfərov səsləndirib.
İşlədiyi teatrdan, teatr mühitindən çox məmnun olduğunu bildirən gözəl səsli aktyor qeyd edib ki, burada həm oxuyur, həm də rollar ifa edir:
“Yaradıcı adama bundan başqa nə lazımdı? Özümü məhz Musiqili Teatrın səhnəsində tapmışam. Mən bəlkə də başqa sənətdə var ola bilməzdim. Bura gələndən sonra anladım ki, yerim bura imiş. Uşaqlıqdan bu sənətdə məni dəstəkləyən insan atam olub. O həm atam, həm dostum idi. Bir ilə yaxındır onu itirmişəm və bu kədər məni tərk eləmir".
Murad