Bəzi seriallar olur ki, insanlar onları izləməkdən bezmirlər.
Hit.az bildirir ki, belə ekran işləri illər keçsə də unudulmur və fenomenə çevrilir.
Hətta bir müddət sonra hər cəhətdən əfsanə adlandırlan seriallar da olur. Elə qardaş Türkiyə serialları arasında da çox sayfa əfsanəvi layihələrə rast gəlmək mümkündür.
Üstəlik, türk seriallarının əksəriyyətinin ölkəmizdə də böyük izləyici kütləsi var. Belə serialların reytinqləri də olduqca yüksək olur. Amma bəzi seriallar var ki, milyonlarla izləyicisi olsa da, finalsız bir şəkildə ekran macərasını sonlandırıblar.
Hit.az bu gün finalsız şəkildə başa çatan ən unudulmaz, əfsanəvi 2 türk serialından bəhs edəcək:
* "Kurtlar Vadisi Pusu"
Bir çoxları onu Türkiyə tarixinin ən yaxşı serialı adlandırır. "Kurtlar Vadisi" yayımlandığı dönəmdə reytinqləri alt-üst edən, milyonları ekran qarşısına keçirən bir layihə idi. O qədər möhtəşəm bir iş ərsəyə gəlib ki, təkrarları bu gün belə izlənilməyə davam edir. Lakin təəssüf ki, bu cür serial finalsız başa çatdı. 16 iyun 2016-cı ildə mövsüm finalı olan 300-cü bölümü yayımlanan "Kurtlar Vadisi Pusu" ekranlara vida etdi. Artıq 8 il keçməsinə baxmayaraq, layihənin yeni mövsümü başlamır...
* "Eşkıya Dünyaya Hükümdar Olmaz"
Sırada illər sonra "Kurtlar Vadisi"nin unudulmaz aktyorlarını bir araya toplayaraq yeni bir əfsanəvi seriala çevrilən "Eşkıya Dünyaya Hükümdar Olmaz" var. O da "Kurtlar Vadisi Pusu" kimi finalı olmadan bitirildi. Belə ki, ekran işinin son dəfə 15 iyun 2021-ci 199-cu bölümü yayımlandı. Lakin mövsümü finalı olan bölümdən sonra layihənin yayımı dayandırıldı. Bir neçə dəfə yenidən başlayacağı deyilsə də, 4 ildir ki, "Eşkıya Dünyaya Hükümdar Olmaz"ın da yeni mövsümü gözlənilir.
Pərviz