“Vasim tar çalsaydı, gərək mən tarı əlimə almayaydım” - Xalq artisti

MƏDƏNİYYƏT
16:44 / 19.08.2024
933

“Mən hər şeyimi tara borcluyam. Ailəmi, adımı, hörmətimi tarın sayəsində qazanmışam. Bu dünyada heç kimin qarşısında baş əymədim, torpaqdan başqa. Sənətə də yaltaqlıqla, ona-buna əyilə-əyilə gəlmədim”.

Bu fikirləri Hit.az-a xalq artisti, tarzən Vamiq Məmmədəliyev səsləndirib.

O söhbət zamanı mərhum qardaşı, akademik, şərqşünas Vasim Məmmədəliyevi də xatırlayıb:

"Vasim çox yaxşı muğam bilicisiydi. O tarı məndən yaxşı çalırdı. Əgər Vasim  həyatına tarzən kimi davam eləsəydi , mən gərək tarı əlimə almayaydım. Onu ötmək, ondan yaxşı ifa eləmək mümkün deyildi. Tar mənim üçün müqəddəsdir, toxunulmazdır. Hər zaman ifa etdiyim tarı mənə atam  bağışlayıb, 1910-cu ilin tarıdır. İki belə qədim tarım var".

Murad

0