"Qızın sevdiyi mahnıları eşidib ondan ayrıldım" - Tanınmış müğənni

MƏDƏNİYYƏT
16:05 / 20.08.2024
941

Müğənni Vüqar Bariton (Muradov) şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib:

“Bəzən soruşurlar ki, niyə evlənmirsən? Axı evlənəcəyin xanımın düşüncə tərzi, həyata baxışları sənə uyğun olmalıdır", deyə o Hit.az-a bildirib:

"Bir subay kişi olaraq, mənim də xanımlarla tanış olmaq haqqım var. Bir xanımla tanış olduq. Çay içməyə oturduq. Xanımın telefonundakı musiqi listi ilə tanış olmaq istədim. O qədər bayağı, zövqsüz musiqilər idi ki, gördüm biz nə etsək də, fikirlərimiz tutmayacaq. Onun sevdiyi mahnıları eşidib, ayrılmağa qərar verdim. Elə həmin görüşdə vidalaşmalı oldum", deyə müğənni qeyd edib.

Murad


 

0