"İranda hamı yaxınlaşıb evinə dəvət edirdi" - Sevilən aktyor

MƏDƏNİYYƏT
14:50 / 27.08.2024
695

"Bu günə qədər  serial sarıdan  qıtlıq çəkməmişəm. Mən birinci kursda oxuyandan o zaman televiziyada yayımlanan bir verilişə çəkilirdim. Üzüm tanındı, küçədə görənlər gəlib  avtoqraf alırdılar.. Birinci kursda oxuyanda bu maraq o qədər xoşuma gəlirdi ki, aktyorluğa həvəsim artdı. Yoxsa niyyətim rejissor olmaq idi”.

Bu fikirləri Hit.az-a aktyor Cümşüd Zeynalov səsləndirib:

Bu günlərdə Rusiya istehsalı olan bir seriala çəkilən aktyor qeyd edib ki, seriallar sayəsində üzü tanınıb:

“İranda bizim seriallara xüsusi maraq var. İrana yolum düşəndə o qədər insan yaxınlaşıb , evinə qonaq dəvət edirdi. Bizim filmlərə orda maraq daha çoxdur”, deyə o qeyd edib.

Murad

0