Yaxşı filmlərin çəkilməsini həsrətlə gözləyirik - Xalq artisti

MƏDƏNİYYƏT
22:32 / 03.09.2024
440

“Bir zamanlar monumental filmlər çəkilirdi. Mənim gənclik dövrümdə çəkildiyim “7 oğul istərəm” filmi, Amerikayacan gedib çıxmışdı. Bütün dünyada rəğbət qazanmışdı. İndi elə filmlər üçün burnumun ucu göynəyir, heyf ki çəkilmir”.

Bu fikirləri Hit.az-a Xalq artisti Rafiq Əzimov səsləndirib.

Keyfiyyətli filmlərin çəkilməsi üçün ilk növbədə güclü ssenari və ustad rejissorların olmasının vacibliyini qeyd edib:

"İndi burdan ssenarini yazır, elə ordaca aktyor əzbərləyir, orda da çəkilir. Ssenarinin üzərində aylarla iş gedərdi. Sınaq çəkilişləri, gərgin məşqlər olardı. Ortaya çıxan iş də ona görə möhtəşəm olurdu. İndi sənəti cılızlaşdırıblar".

Murad
 

0