"Oğlumla fəxr edirəm" - Əməkdar artist

MƏDƏNİYYƏT
18:39 / 04.09.2024
424

“Mən oğlumla fəxr edirəm. İbrahim Çingiz artıq reytinqlərdə mənimlə yarışan, peşəkar aktyordur. Gözəl  dramatik obrazlar yaradır. Onu bu səviyyədə görmək məni sevindirir”.

Bu fikirləri Hit.az-a Əməkdar artist Çingiz Əhmədov səsləndirib:

"Gənc nəsil arasında istedadlılar var. Əsas odur ki, yaxşı ssenari, yaxşı rejissor olsun. Tamaşaçını ağılla, intelektual yumorla güldürmək lazımdır, şit zarafatlarla yox. Bu mənada indi yaxşı ssenarist tapmaq çətindir".

Aktyor bildirib ki. seriallara çəkilərkən, tərəf müqabillərinin qeyri- peşə sahibləri olmamasına diqqət edir:

“Qarşındakı teatr aktyorudursa, deməli onun işdən başı çıxır. Teatrda bişmiş adamla oynamaq başqa şeydir, sənətdən xəbəri olmayan biri ilə üz- üzə qalmaq başqa şey. Bir ara oğlumla bir filmdə  çəkiləcəkdik. Sonra vaxt baxımından işlər elə gətirdi ki, alınmadı. Nə zamansa onunla birlikdə dramatik rolda oynamaq arzum var".

Murad

0