Sosial şəbəkələrdə maraqlı ədəbi müzakirəyə start verilib. İndi də yeni nəsil şair və yazıçılar yazıçı, Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullanı müzakirəyə çıxarıblar. Gənc yazıçı Orxan Saffari Kamal Abdullanı öz mövqeyindən və titulundan istifadə edərək göz önündə olmaqda ittiham edərək, onun yazıçı olmadığını bildirib. Əslində müasir ədəbi mühitimizdə indi uçurmaq, parçalamaq, təftiş etmək var olan dəyərləri heçə saymaq dəbi yaranıb. Vaxtilə özü ədəbi tənqidlə məşğul olmuş Kamal Abdulla indi eyni şəkildə hücumlara məruz qalıb. Azərbaycanda postmodernizmin banilərindən biri sayılan Kamal Abdulla ən yeni postmodernizmin təftişi ilə üzləşib.
Bəs görəsən bütün gənc ədiblər Kamal Abdullanı yazıçı hesab etmir?
Hit.az-a danışan yazıçı Ulucay Akif bildirib ki, Kamal Abdullanın təkcə "Sehrbazlar dərəsi" romanı onun çox ciddi yazıçı olduğunu deməyə kifayət edir.
"Adım kimi də əminəm ki, Orxan Saffari o romanı oxumayıb. O romanı oxuyub, "Kamal Abdulla yazıçı deyil" demək deyə bilmək üçün adam nə olmalıdır, bilmirəm. Məncə, ədalət hissi yaxşı şeydi. Belə Ramiz Rövşənə, Kamal Abdullaya, lap başqa kiməsə söz atmaqla yazıçı olmur. Elə yazıçılar olmasaydı, indi təxminən 2376 yazıçımız, xeyli yaxşı romanımız və hekayəmiz var idi. Amma yoxdur", deyə o bildirib.
Qeyd edək ki, orxan Saffari bir neçə gün öncə Ramiz Rövşəni də saxtakarlıqda itttiham eləmişdi. Bəs görəsən bütün gənc ədiblər Kamal Abdullanı yazıçı hesab etmir?
Hit.az-a danışan yazıçı Ulucay Akif bildirib ki, Kamal Abdullanın təkcə "Sehrbazlar dərəsi" romanı onun çox ciddi yazıçı olduğunu deməyə kifayət edir:
"Adım kimi də əminəm ki, Orxan Saffari o romanı oxumayıb. O romanı oxuyub "Kamal Abdulla yazıçı deyil" demək, deyə bilmək üçün adam nə olmalıdır, bilmirəm. Məncə, ədalət hissi yaxşı şeydi. Belə Ramiz Rövşənə, Kamal Abdullaya, lap başqa kiməsə söz atmaqla yazıçı olunmur. Elə tənqid edə -edə hamı yazıçı hesab olunsaydı, indi təxminən 2376 yazıçımız, xeyli yaxşı romanımız və hekayəmiz var idi. Amma yoxdur".
Qeyd edək ki, Orxan Saffari bir neçə gün öncə Ramiz Rövşəni də saxtakarlıqda ittiham etmişdi.
Murad