Mədəniyyət o sahədir ki, böyük güclər, onu məhv edib, öz hegemonluqlarını möhkəmlətməyə çalışıblar.
Bunu bəzən hərbi-siyasi, bəzən səssiz, bəzən ideoloji yolla ediblər, hələ də edirlər.
Zamanla Azərbaycan mədəniyyəti, incəsənəti, təhsili, ədəbiyyatı da bu həmlələri yaşayıb və yaşayır.
Bir neçə gündür, müxtəlif sənət adamları sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin bəzi əməkdaşlarını müzakirə edirlər.
Şair Vüqar Əhməd, onun qızı, müğənni Almaxanım Əhmədova, kamança ifaçısı Şəhriyar Musayev və xanəndə Pərviz Qasımov kimi sənətkarlar əhəmiyyətli tədbirlərə dəvət almadıqlarını, dövlət tədbirlərinə düşmək üçün rüşvət tələb olunduğunu bildiriblər.
İddialara görə, Nazirliyin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva sənətçilərin xarici səfərlər və dövlət tədbirlərinə dəvət alması üçün “xüsusi prosedurlardan” keçməli olurlar.
Bir neçə müddətdir, adlarının çəkilməsini istəməyən aktyor və müğənnilər fəxri adların alınması üçün də müəyyən məbləğin tələb olunduğunu deyirlər.
Təbii ki, Nazirlik bütün bu fikirləri təkzib edir, yalandır deyir. Amma "Od olmayan yerdən , tüstü çıxmaz" deyiblər. İndi daha qeybətlər bulaq başında edilmir.
Sosial şəbəkələrdə önə çıxarılan giley- güzarı eşitmək lazımdır, cənablar.
Tədbir görülməsə belə , ən azından sorğulayın, şübhələnin.
Murad